Hollandiyanın Ukraynaya təhvil verdiyi F-16 qırıcıları Rusiya Federasiyasında zərbələr endirmək üçün istifadə oluna bilər, lakin mülki hədəflərə qarşı deyil. Bu barədə NOS telekanalına Hollandiyanın müdafiə departamentinin rəhbəri Ruben Brekelmans bildirib.
Onun sözlərinə görə, Ukrayna Hollandiyadan ötürülən F-16-lardan, o cümlədən Rusiya ərazisi üzərindən müharibə qanunlarına uyğun istifadə edə bilər. Bu, xüsusilə, zərbələrin mülki obyektlərə yönəlməməsini şərtləndirir. “Ukrayna bunu qətiyyən edə bilməz”, – deyə nazir vurğulayıb. (Tass)