Hollandiya Qəzza zolağının ABŞ-ın nəzarətinə keçməsini ağlasığmaz hesab edir. Bunu Hollandiya Xarici İşlər Nazirliyinin rəhbəri Kaspar Veldkamp Amerika prezidenti Donald Trampın bu məsələ ilə bağlı əvvəlki açıqlamalarını şərh edərkən deyib.
NRC qəzetinin yazdığına görə, “Hollandiya üçün Qəzzanın fələstinlilərə aid olduğuna heç bir şübhə yoxdur” deyən nazir, “Mövqeyimiz dəyişməz olaraq qalır. Hollandiya iki dövlətli həll yolunu dəstəkləyir. Bu, təhlükəsiz İsrail dövlətinin yanında müstəqil, yaşaya bilən Fələstin dövləti deməkdir”.
Bu mövqe hakim koalisiyaya daxil olan Azadlıq Partiyasının rəhbəri Geert Vildersin bir gün əvvəl səsləndirdiyi fikirlə kəskin ziddiyyət təşkil edir. Onun fikrincə, fələstinlilər İordaniyaya köçməlidir və o zaman Qəzza problemi həll olunacaq. Koalisiyaya daxil olan digər siyasi qüvvələrin liderləri hələlik Trampın təşəbbüslərini açıq şəkildə şərh etməyiblər. (Tass (