Ukrayna prezidenti Vladimir Zelenski ölkə silahlı qüvvələrinin baş komandanı Valeri Zalujnı vəzifəsindən azad etməyib. Bunu dövlət başçısının mətbuat katibi Sergey Nikiforov ali baş komandanın istefası ilə bağlı geniş yayılmış məlumat fonunda bildirib.
“Qətiyyən yox. Prezident baş komandanı işdən azad etməyib”, – o, “Ukrayinska Pravda” nəşrinə şərhində bildirib. (Tass)