İsrail ordusu atəşə cavab olaraq Livana zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bu gün səhər saatlarında Livandan İsrail ərazisi istiqamətində çoxsaylı atışlar qeydə alınıb. İsrail Müdafiə Qüvvələri atəş mənbələrinə hücum edib”, – məlumatda deyilir.
Bundan əlavə, cümə günü İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Livanın Blida kəndi yaxınlığındakı şiə təşkilatı “Hizbullah”ın hərbi qanadının operativ komanda məntəqəsinə zərbələr endirib. “Bu səhərdən etibarən İDF tankları və artilleriyası Livanın bir sıra ərazilərinə zərbələr endirib”, – mətbuat xidməti əlavə edib. (Tass)