Türk-Fələstin Dostluq Xəstəxanasının direktoru Sübhi Sukeyk İsrailin hədəf aldığı Qəzzada səhiyyə idarəsinə aid xəstəxanada ziyanın olduğunu bildirib.
Sukeyk, “İsrail təyyarələri Qəzza zolağında xərçəng xəstələri üçün yeganə xəstəxana olan Türk-Fələstin Dostluq Xəstəxanasının üçüncü və sonuncu mərtəbəsini bombalayıb, ciddi ziyan vurub” deyib.
Xəstəxananın 3-cü mərtəbəsində baş verən yanğının nəzarət altına alındığını bildirən Sukeyk, “Bombalama bəzi elektromexaniki sistemlərin sıradan çıxmasına səbəb olub, xəstələrin və səhiyyə işçilərinin həyatını təhlükəyə atıb” deyib. (TRT Haber)