İyun 18, 2025-12:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Hüquq və İnsan Haqları İnstitutunda jurnalistlər üçün “Media və insan hüquqları” mövzusunda təlim keçirilib

2024:02:28 - 14:21
in SOSİAL
A A

Hüquq və İnsan Haqları İnstitutunun və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşəbbüsü ilə fevralın 28-də jurnalistlər üçün “Media və insan hüquqları” mövzusunda təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, təlimdə çıxış edən institutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə media nümayəndələrini salamlayıb və institutun fəaliyyəti haqqında ümumi məlumat verib.

Sədr insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində institutun gördüyü işlərin mütəmadi olaraq mətbuatda işıqlandırılmasında media nümayəndələrinin böyük rolu və əziyyəti olduğunu bildirib. M.Quluzadə qeyd edib ki, bu təlim mediada paylaşılan xəbərlərdə rast gəlinən insan hüquqları pozuntularının aradan qaldırılması məqsədilə təşkil olunub.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxışında institutun insan hüquq və azadlıqlarının qorunması istiqamətində keyfiyyətli xəbər istehsalının təmin edilməsinə yönələn təşəbbüsünü yüksək dəyərləndirib, keçirilən təlimin jurnalistlərin bu növ informasiyanın əldə olunması, ötürülməsi və yayımı fəaliyyətində peşəkarlığının və məsuliyyətinin artırılmasına xidmət etdiyini bildirib. Ə.İsmayılov Medianın İnkişafı Agentliyinin jurnalistlər və media subyektləri üçün həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

İnstitutun təlimçi-ekspertləri Gülnaz Ələsgərova və Hamlet Babayev “Media və insan hüquqları” və “Xəbərlərin işıqlandırılması zamanı insan hüquqlarının təmin edilməsi” mövzularını əhatə edən təqdimat modulları ilə çıxış ediblər.

Müzakirələr zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Mövzu üzrə kazus müzakirəsindən sonra təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim olunub.

Əvvəlki Yazı

Qədir Xəlilov: Qış məktəbi dövründə gənc hüquqşünaslarda cəmiyyətdə baş verən hadisələrə düzgün reaksiya formalaşdırılacaq

Növbəti Yazı

Media: Baydenin məlumat qadağası fərmanı Rusiya və beş ölkəyə qarşı yönəldiləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.