Cari ilin yanvar-avqust aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,6 faiz artaraq 4 milyard 214,3 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 528,1 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 83,7 faizini təşkil edib.