Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatının lideri Əbdülməlik əl-Husi ABŞ prezidenti Donald Trampa fələstinliləri Qəzza zolağından köçürmək əvəzinə, İsrail sakinlərini Amerika ştatlarından birinə köçürməyi təklif edib.
“Amerikalılar yəhudiləri [İsraildən] ABŞ-a köçürə bilər və onlara Amerika əyalətlərindən birini verə bilər. ABŞ-ın hələ də yaşayış olmayan geniş əraziləri və bölgələri var” deyib. (Tass)