Yəmənin Ənsar Allah hərəkatının husi üsyançıları ABŞ ilə atəşkəs razılaşması qüvvəyə minməzdən əvvəl Qırmızı dənizdə ABŞ-ın Harri Truman təyyarədaşıyan gəmisinə hücum edib. Bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya məlumat verib.
“Dəniz donanması və pilotsuz uçuş aparatları xüsusi hərbi əməliyyat keçirərək, ABŞ-ın təyyarədaşıyan gəmisini [Harry] Truman və onu müşayiət edən bir sıra döyüş gəmilərini ballistik raket və bir sıra pilotsuz təyyarələrdən istifadə edərək, Qırmızı dənizin şimalında vurdular” deyib.”Bu əməliyyat Amerika düşməni ölkəmizə qarşı təcavüzün başa çatdığını elan etməmişdən əvvəl həyata keçirilib”, – Saria vurğulayıb. (Tass)