Husilərin Hərbi Sözçüsü Yəhya Seri televiziya kanalına verdiyi açıqlamada bölgədəki hadisələrlə bağlı məlumat verib.
Seri, “ABŞ və Böyük Britaniyanın İsrailin Qəzzada cinayətlərini davam etdirməsinə dəstək kontekstində Yəmənə qarşı 73 hücum təşkil etdiyini” bildirib.
Hücumlarda paytaxt Səna, Hudeydə, Taiz, Həccə və Səda vilayətlərinin hədəf alındığını bildirən Seri, hücumlar nəticəsində husilərdən 5 nəfərin öldüyünü, 6 nəfərin də yaralandığını qeyd edib.