Üsyançı Yəmənin Ənsar Allah (Husi) hərəkatının nəzarəti altında olan Səna Universiteti Fələstin tərəfdarı hərəkətlərinə görə Amerika universitetlərindən qovulan tələbələri qəbul etməyə hazırdır. Bu barədə Reuters agentliyinə universitetin sözçüsü məlumat verib .
“Biz fələstinlilərə dəstək verdiyi üçün Amerika universitetlərindən qovulmuş tələbələri ciddi şəkildə dəvət edirik”, – agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə, bu, husilərin “hər cür şəkildə” apardıqları Fələstin uğrunda mübarizənin bir hissəsidir.
Aprelin 30-da Səna Universiteti Amerika universitetlərindən qovulan və işdən çıxarılan bütün tələbə və müəllimləri qəbul etməyə hazır olduğu barədə bəyanat yayıb. (Tass)