Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər üsyançıların İngiltərə, İsrail və ABŞ ilə əlaqəsi olduğu güman edilən dörd gəmiyə hücum edib. Bu barədə hərəkatın hərbi nümayəndəsi Husilərə məxsus Al Masirah telekanalında bildirib.
Onun sözlərinə görə, MSC Unific konteyner gəmisi, maye kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulan Delonix və Lucky Sailor tankerləri, həmçinin Böyük Britaniya donanmasına daxil olan Anvil Point yardımçı gəmisi hücuma məruz qalıb. (Tass)