Yəmənin üsyançı Ənsar Allah hərəkatının husilərinin Qırmızı dənizdə gəmilərə hücum etmək üçün istifadə etdiyi Mohit raketi İranın Qədr ballistik raketindən tam olaraq kopyalanıb. Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Onun məlumatına görə, “Mohit” məhz İranın “Qədr” raketinin timsalında yaradılıb və bu, İran Silahlı Qüvvələrinin ilk gəmi əleyhinə ballistik raketi hesab olunur. Qeyd olunur ki, husilər silahlı qüvvələrinin paradı zamanı “Qədr” kimi optik yönləndirmə sistemi ilə təchiz edilmiş “Mohit” raketinin modifikasiyasını da nümayiş etdiriblər. Tasnim iddia edir ki, bu raket ABŞ-ın maraqlarına və onun regiondakı əsas müttəfiqi İsrailə ciddi ziyan vura bilər. (Tass)