Yəmənin Ənsar Allah hərəkatından olan husilər Livan və İsrail arasında atəşkəs razılaşmasını alqışlayaraq, şiə Hizbullah hərəkatının möhkəmliyini qeyd ediblər.
“Biz Hizbullahın və əziz Livan xalqının qəddar İsrail təcavüzü qarşısındakı böyük müqavimətini alqışlayırıq. “Ənsar Allah sözçüsü Məhəmməd Əbdül Salam X-dəki səhifəsində yazıb. Onun fikrincə, İsrail və ABŞ-ı atəşkəsə razılaşmağa məcbur edən Hizbullahın əməliyyatları olub. (Tass)