Yəmənin Ənsar Allah hərəkatının husi üsyançıları pilotsuz uçuş aparatlarından istifadə etməklə Hayfa limanı da daxil olmaqla İsraildə üç hədəfə zərbələr endiriblər, üsyançıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Saria bildirib.
“Yəmən silahlı qüvvələrinin pilotsuz təyyarələri üç unikal hərbi əməliyyat həyata keçirib və bu əməliyyat zamanı üç pilotsuz uçan aparatdan istifadə etməklə üç düşmən hədəfinə zərbələr endirilib”, o, üsyançıların nəzarətində olan “Əl Məsirə” telekanalında bildirib . Husi sözçüsünün sözlərinə görə, onlar Təl-Əviv və Aşkelondakı iki hərbi obyektə, həmçinin Hayfa şəhərindəki limana hücum ediblər.