Səudiyyə Ərəbistanı Yəmənin “Ənsar Allah” (Husi) üsyançı hərəkatının nəzarəti altında olan şimal-qərbindəki Səada vilayətinə artilleriya zərbəsi endirib. Bu iddia ilə üsyançılara məxsus Al Masirah telekanalı çıxış edib.
Onun sözlərinə görə, sərhədyanı Şada rayonunda mərmi atılması nəticəsində bir qadın həlak olub. Əlavə məlumat verilmir.
Yəməndə hökumət qüvvələri ilə Ənsar Allah tərəfdarları arasında qarşıdurma 2014-cü ilin avqust ayından davam edir. Bu qarşıdurma 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın ölkəni işğalından sonra özünün ən aktiv mərhələsinə qədəm qoyub. 2024-cü ilin noyabrında koalisiyanın sözçüsü briqada generalı Turki əl-Maliki Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin nəzarətində olan Hadramaut əyalətində hücumda iki əsgərin öldüyünü, daha birinin isə yaralandığını bildirib. (Tass)