Yəmənin Ənsar Allah üsyançı hərəkatının husiləri İsrailin Tel-Əviv və Aşkelondakı hədəflərinə dörd pilotsuz təyyarə ilə zərbə endirib. Bu barədə husi ordusunun sözçüsü Yəhya Sariya bildirib.
“Yəmən silahlı qüvvələri ikiqat əməliyyat keçirərək, İsrail düşməninin işğal olunmuş Yaffa bölgəsindəki mühüm hərbi obyektlərinə (Təl-Əviv ) üç Yaffa pilotsuz uçuş aparatı ilə hücum edib, həmçinin bir Yaffa pilotsuz uçan aparatı ilə işğal altındakı Aşkelondakı kritik obyektə hücum edib”, – hərəkatın nümayəndəsi Əl-Masiuthi telekanalının efirində bildirib.