Cümə günü Yəməndə husi üsyançıları tərəfindən hücuma məruz qalan Marlin Luanda neft tankerinin ekipajı raket zərbəsi nəticəsində göyərtədə baş verən yanğını nəzarətdə saxlamağa çalışır. Bu barədə gəminin operatoru “Trafigura” məlumat yayıb.
Ekipaj hərbi gəmilərin dəstəyi ilə yük tanklarından birində baş verən yanğınla mübarizəni davam etdirir”, – deyə məlumatda bildirilir. Şirkət həmçinin vurğulayıb ki, insident nəticəsində insan tələfatı barədə məlumat yoxdur.
Cümə günü Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının hərbi sözçüsü Yəhya Sariya bildirib ki, husilər Ədən körfəzində “Marlin Luanda” tankerinə hücum edərək, onun Böyük Britaniyaya aid olduğunu bildiriblər. Onun sözlərinə görə, gəmi əleyhinə raket zərbəsi nəticəsində gəminin göyərtəsində yanğın baş verib. Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatlarının (UKMTO) məlumatına görə, heyətə Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatında iştirak edən koalisiya qüvvələri kömək edir. (Tass)