Qəzzada törədilən qırğın səbəbilə tez-tez İsrail gəmilərini hədəfə alan Yəməndə İranın dəstəklədiyi Husilər Qəzzaya humanitar keçidə icazə verilmədiyi təqdirdə İsrail gəmilərinə hücumların davam edəcəyini açıqlayıb. Husilərin Hərbi Sözçüsü Yəhya Sare, “Milliyyətindən asılı olmayaraq, İsrail limanlarına gedən hər gəmi hədəfimiz olacaq. Gəmilərin keçidinə mane olacağıq. Dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün bütün gəmiləri və şirkətləri xəbərdar edirik. Milliyyətindən asılı olmayaraq, İsrail limanlarına gedən hər gəmi hədəfimiz olacaq” deyib.
Husilərin təhdidindən sonra İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın qapısını döyüb. Netanyahu ABŞ prezidenti Co Baydenə xəbərdarlıq edib və ondan lazım olanı etməsini istəyib. Netanyahu: “Ya hərəkətə keç, ya da İsrail edəcək” deyə bildirib.