Yəmənin üsyançı Ənsar Allah hərəkatından olan husilər Qırmızı dənizdə Amerikanın “USS Harry Truman” təyyarədaşıyan gəmisinə raket və dronlarla hücum edib. Bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya bildirib.
“Yəmənin raket və pilotsuz sistem qüvvələri birgə hərbi əməliyyat keçirərək, iki qanadlı raket və dörd pilotsuz uçan aparatla Qırmızı dənizin şimalında ABŞ-ın “USS Harry Truman” aviadaşıyıcısına hücum edib”, – hərəkatın sözçüsü Husilərə məxsus telekanalda yayımlanan bəyanatda bildirib. (Tass)