Kişinyov Rayon Məhkəməsi Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulun 2023-cü ildə seçki kampaniyasını maliyyələşdirməsi ilə bağlı ev dustaqlığının 30 sutka uzadılması ilə bağlı prokurorların vəsatətini təmin edib.
“Yevgeniya Qutsulun ev dustaqlığının uzadılması ilə bağlı vəsatət təsdiqlənib. İttiham tərəfi mayın 14-dən ev dustaqlığının daha 30 gün uzadılmasını istəyib”, – hakim Sergiu Ciobanu hökmü oxuyub. (Tass)