İyun 17, 2025-2:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

I vitse-spiker: Blinkenin 5 aprel görüşü ilə bağlı Azərbaycanın narahatlığına reaksiyası İlham Əliyevin nüfuzunun göstəricisidir

2024:04:04 - 12:32
in SİYASƏT
A A

ABŞ Dövlət katibi Antoni Blinkenin aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşlə bağlı rəsmi Bakının narahatlığına reaksiya verməsi və ölkəmizin mövqeyini öyrənməsi Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, ölkə rəhbərliyinin apardığı güclü, dəqiq xarici siyasət, inamlı diplomatik gedişləri, respublikanın artan iqtisadi qüdrəti, müasir dünyanın demokratik dəyərlərinə sadiqlik nümayiş etdirməsi Azərbaycanın beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından birinə çevrilməsinə möhkəm zəmin yaradıb:

“Öz gücü hesabına ərazi bütövlüyünü, suverenliyini və Konstitusiya quruluşunu bütün ərazisində tam bərpa etdikdən sonra isə Cənubi Qafqazın lideri olan ölkəmizin beynəlxalq nüfuzu heç zaman olmadığı qədər yüksəlmişdir. Bu reallığı indi hətta dünyanın ən güclü dövlətləri də qəbul etmək məcburiyyətindədirlər”.

I vitse-spiker qeyd edib ki, aprelin 3-də ABŞ-nin Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək ABŞ-Avropa İttifaqı-Ermənistan formatı əsasında aprelin 5-də keçirilməsi nəzərdə tutulan Brüssel görüşü ilə bağlı Azərbaycanın ciddi narahatlığını və narazılığını nəzərə alaraq Ağ Evin mövqelərini izah etməyə çalışması bu gerçəkliyi bir daha təsdiqləyir: “Birləşmiş Ştatlarının çağdaş xarici siyasətini müəyyənləşməsində əhəmiyyətli rola malik baş diplomatın Bakının narahatlığına bu şəkildə reaksiya verməsi, ölkəmizin mövqeyini öyrənməsi və ikitərəfli, eyni zamanda, regional əhəmiyyətli məsələləri müzakirə etməsi qalib Azərbaycanın və Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun, çəkisinin göstəricisidir”.

“Artıq hər kəsə anlayır ki, Azərbaycanın rəyi nəzərə alınmadan bölgədə sülh və əməkdaşlıq mühiti yaratmaq mümkün deyil”, – Ə.Hüseynli söyləyib.

Əvvəlki Yazı

Bu ilin ilk üç ayında DSMF-dən 31,6 mindən çox elektron arayış alınıb

Növbəti Yazı

Hikmət Hacıyev: Ermənistanın mina terrorunun qurbanları arasında uşaqlar da var

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.