İyun 14, 2025-8:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

İçərişəhərdə COP29 ərəfəsində sıfır tullantı və davamlılığı təşviq edən sərgi açılıb

2024:10:31 - 17:03
in SOSİAL
A A

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Şirvanşahlar Sarayı Kompleksində “Qurama Art: Zamanın vəhdəti” adlı sərginin açılışı keçirilib.

“Report” xəbər verir ki, sərgi xüsusilə qurama sənətinin ekoloji məsuliyyət və dayanıqlılıq aspektinə diqqət çəkərək, təbiətə hörmət və resursların səmərəli istifadəsini vurğulayır.

Sərginin açılış mərasimində çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev sərginin məqsədinin yalnız qurama sənətinin milli irs kimi yaşadılmasının əhəmiyyətini deyil, həm də bu “eko-dost” sənət növü vasitəsilə ekoloji şüurun genişləndirilməsi və ətraf mühitin mühafizəsinə diqqət yetirilməsi istiqamətində töhfə verilməsi olduğunu qeyd edib:

“Qurama sənəti qalıq parça materiallarından təkrar istifadə etməklə sıfır tullantı və dayanıqlığı təşviq edir. Tullantı hesab olunan parça qalıqlarına “ikinci həyat” verərək, həm ekoloji məsuliyyət, həm də yaradıcılıq baxımından müsbət təsirlər yarada bilərik. Bu yanaşma, yalnız sənət sahəsində deyil, eyni zamanda cəmiyyətin ekoloji davranışlarının formalaşmasında da əhəmiyyətli rol oynayır”.

Daha sonra qonaqlar, qurama sənətinin qədim texnikalarını qoruyaraq müasir dövrə adaptasiya edən sərgidə, dayanıqlılıq və ənənənin müasir texnologiya ilə vəhdətini əks etdirən XIX-XXI əsrlərə aid qurama nümunələri və bu sənət növündə yenilik sayılan rəqəmsal qurama nümunələri ilə tanış olublar.

Əvvəlki Yazı

BDU-da “Çin mədəniyyəti günü”

Növbəti Yazı

Texnologiya Universitetində daha bir auditoriyanın açılışı olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.