Avqust 24, 2025-5:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

İçərişəhərdə MakTAB məzunlarının təltifetmə mərasimi keçirilib

2024:04:09 - 13:14
in MƏDƏNİYYƏT
A A

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) keçirdiyi təltifetmə mərasimində MakTAB (Tarixi Abidələrin Bərpası Məktəbi) məzunlarına diplomları təqdim olunub.

Bu barədə “Report”a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki,tədbirdə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə, ADA Universitetinin rektoru Hafiz Paşayev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa, Beynəlxalq Muzeylər Şurasının üzvü (BMŞ – ICOM) Erix Pummer, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxış edərək layihənin önəmindən bəhs ediblər və Mak’TAB məzunlarına mədəni irsimizin qorunması ilə bağlı gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Qonaqlara layihənin hesabat xarakterli videoçarxı nümayiş olunub.

Təltifolunma mərasimində həmçinin, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubamçıbek Ömürəliyevin və UNESCO yanında Abidələr və Tarixi yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) vitse-prezidenti Riin Alatalonun tədbir iştirakçılarına video müraciətləri nümayiş olunub.

Qeyd edək ki, icrasına 2022-ci ildən başlanılan MakTAB layihəsinin əsas məqsədi tarixi-memarlıq abidələrinin bərpası sahəsində dövlət və özəl qurumlarda fəaliyyət göstərən bərpaçıları bir araya gətirərək, onları beynəlxalq təcrübə ilə tanış etmək, dünyanın qabaqcıl bərpaçılarının tətbiq etdiyi müasir metodları aşılamaq və bu istiqamətdə əlavə bilik və bacarıqlara yiyələnmələrinə dəstək verməkdir.

Əvvəlki Yazı

Gəncə şəhər stadionunun təməli qoyulub

Növbəti Yazı

Füzulidə Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş ilk beynəlxalq elmi konfrans keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.