Nüvə Silahlarının Ləğvi üzrə Beynəlxalq Kampaniya (ICAN) tərəfindən dərc edilən məlumatlara görə, ABŞ-ın 2025-ci ildə nüvə silahlarına xərcləri əvvəlki illə müqayisədə 22% artaraq 69,2 milyard dollara çatıb.
Təşkilatın hesabatında deyilir ki, “Amerika Birləşmiş Ştatları bir daha bütün digər nüvə silahına malik dövlətlərin ümumi məbləğindən daha çox xərcləyib: 69,2 milyard dollar”. Hesabatda qeyd olunur ki, bu, 2024-cü illə müqayisədə 22% artım deməkdir.
Təşkilatın məlumatına görə, Çin nüvə silahlarına xərclənən vəsaitə görə ikinci, Böyük Britaniya isə üçüncü (12,6 milyard dollar) və Rusiya dördüncü (9,5 milyard dollar) ölkələr sırasında yer alıb. ICAN ekspertlərinin hesablamalarına görə, hesabatda təmsil olunan doqquz nüvə silahına malik dövlətin ümumi xərcləri təxminən 119 milyard dollar təşkil edib. (Tass)
