İyul 2, 2025-9:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İcma Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınayıb

2025:01:14 - 12:46
in SİYASƏT
A A

Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radio kanalında Azərbaycan xalqına və dövlətinə qarşı böhtan dolu verilişi ilə bağlı bəyanat yayıb.

İcmadan “Report”a verilən məlumata görə, bəyanat mətnində deyilir ki, Almaniya Federativ Respublikasına məxsus ictimai radio kanalı “Deutschlandfunk”da 2025-ci il yanvarın 12-də Azərbaycan xalqına və dövlətinə qarşı böhtan dolu veriliş yayımlanıb.

“Materialın əsas süjeti bədnam azərbaycanafob Tessa Hofmanla müsahibə əsasında qurulub. Verilişdə guya 1990-cı ildə Azərbaycanda ermənilərə qarşı qanunsuz əməllərə yol verildiyi iddia edilmiş və keçmiş münaqişənin tarixi radikal erməni millətçiliyi konsepsiyasına uyğun təqdim edilib. Verilişdə münaqişə zamanı Ermənistanın bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyması, Azərbaycan ərazilərini işğal edib viran etməsi, mədəni irsini dağıtması barədə bir kəlmə də olsun söz açılmır”, – bəyanatda vurğulanıb.

Qeyd olunub ki, eyni şəkildə, 1987-91-ci illərdə Ermənistandan üç yüz min azərbaycanlının etnik təmizləməyə məruz qalması və 216 azərbaycanlının Ermənistanda qətlə yetirilməsinin üzərində sükutla keçilir:

“Kanalın irqi ayrı-seçkiliyə əsaslanan, nifrət dolu verilişlər yayımlayaraq, regionda gərginlik yaratmaq əvəzinə Ermənistanın irqçilik siyasətini, o cümlədən, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın prezident olduğu dövrdə etdiyi və azərbaycanlılara qarşı etnik təmizləməni dövlət siyasəti olduğunu təsdiq edən və bu günlərdə ortaya çıxmış məlum çıxışını pisləməlidir”, – bənayatda vurğulanıb.

Qərbi Azərbaycan İcması “Deutschlandfunk” ictimai radio kanalının yol vermiş olduğu irqi ayrı-seçkiliyi qınadığını və radio rəhbərliyini bu qəbuledilməz addımla bağlı müvafiq ölçü götürməyə çağırıb”.

Əvvəlki Yazı

İsmayıllıda narkotiklərin satışı ilə məşğul olmaqda və qanunsuz odlu silah saxlamaqda təqsirləndirilən şəxs həbs edilib

Növbəti Yazı

Baş Prokuror: Azad edilən ərazilərdə Azərbaycanın yalnız öz gücü, maliyyə vəsaitləri hesabına işlər görülüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.