Avqust 19, 2025-1:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İcma: Qərb dövlətləri azərbaycanlıların qayıdış hüququ mövzusundakı ayrı-seçkiliyə son qoymalıdır

2024:07:22 - 11:13
in SİYASƏT
A A

Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşada 2-ci Qlobal Media Forumunda etdiyi çıxışında Qərbi Azərbaycan mövzusunu müfəssəl şəkildə təqdim etməsinə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna verdiyi birmənalı dəstəyə görə dərindən təşəkkür edir.Cənab Prezidentin vurğuladığı kimi, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Xatırladaq ki, Rusiya İmperiyasında 1897-ci ildə aparılmış əhalinin ümumi siyahıyaalınmasının nəticələrinə görə, azərbaycanlılar indiki Ermənistan ərazisində çoxluq təşkil edirdilər. Həmin dövrdə Cənubi Qafqazdakı azərbaycanlı əhalinin 25 faizi, o cümlədən, onların qeydiyyata alınmış məscidlərinin 30 faizi məhz indiki Ermənistan ərazisində idi. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb, onların 300-ə yaxın məscidi, çoxsaylı qəbiristanlıqları və digər mədəni abidələri yer üzündən silinib. Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin 90 faizi tərk edilmiş və dağıdılmış vəziyyətdədir.Cənab Prezidentin qeyd etdiyi kimi, Qərbi azərbaycanlılar deportasiyanın bütün əzab-əziyyətlərini yaşayıblar. Onlar öz evlərini qətliam, qorxu mühitinin yaradılması və dövlət orqanlarının zor tətbiq etməsi nəticəsində tərk etməli olublar. Xaricdən ermənilərin gətirilməsi üçün 1948-53-cü ildə yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiya edilməsi və onların çoxunun fərqli iqlim şərtlərinə dözməyib həlak olması Qərbi azərbaycanlıların taleyinin faciəvi səhifələrindən biridir.Qərbi Azərbaycan İcması Ermənistan hökumətini beynəlxalq hüquq öhdəliklərinə əməl etməyə, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına şərait yaratmağa və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməyə çağırır.Həmçinin, özlərini demokratiya və insan hüquqlarının müdafiəçisi kimi qələmə verən Qərb dövlətləri azərbaycanlıların qayıdış hüququna münasibətdə biganəliklərinə və bu mövzuda ayrı-seçkiliyə son qoymalıdırlar.

Əvvəlki Yazı

Azərbaycanda KOB-lara reklam məsələsində imtiyaz və güzəştlərin verilməsi təklif olunur

Növbəti Yazı

Bu gün II Qlobal Media Forumuna yekun vurulacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.