Avqust 20, 2025-9:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İcma sədri: Bu gün dünya Qərbi azərbaycanlıların hüquqları barədə susmaqda davam edir

2024:03:01 - 13:00
in SİYASƏT
A A

Bu gün bütün dünya Qarabağdan könüllü şəkildə çıxmış ermənilərin hüquqlarından danışır, lakin Qərbi azərbaycanlılar barədə yenə də susmaqda davam edir.

“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli “Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin artırılması” mövzusunda keçirilən konfransda deyib.

İcma sədri vurğulayıb ki, Ermənistandan gəlmiş qaçqınların əmlakı, mal-qarası, bağ-bağçasının dəyəri Azərbaycan Qaçqınlar Cəmiyyətində toplanmış sənədlər əsasında hesablanıb: “Qaçqın əhaliyə dəyən maddi ziyan 2,5 milyard ABŞ dolları təşkil edir. İctimai sektorda – kolxoz və sovxoz təsərrüfatlarında isə soydaşlarımıza dəyən ziyan 17,5 milyard ABŞ dolları təşkil edir. Beləliklə, 35 il əvvəl qaçqınlarımıza dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dolları təşkil edib”.

Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması nəinki son 100 ildə, bütövlükdə, ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir: “İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir”.

Əvvəlki Yazı

Xocalıda kütləvi məzarlıqdan daha beş nəfərin qalıqları tapılıb

Növbəti Yazı

Bakıda üzərlərində “Makarov” və 3 kiloqram narkotik vasitə olan şəxslər tutulub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.