İyul 17, 2025-14:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaitinin təqdimatı olub

2025:07:15 - 16:43
in SOSİAL
A A

İyulun 15-də Bakı Kitab Mərkəzində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Bakı Dövlət Universiteti ilə birgə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində hazırlanan “İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaitinin təqdimatı keçirilib.

Kitabın müəllifləri Vüqar Zifəroğlu, Aynur Nəsirova, Xatirə Hüseynova, Pərvanə İbrahimova, Vəfa İsgəndərova, Afət Yaqubova, Vəli Əlibəyov, Yedgar Cəfərov, Zənurə Talıbova, Natiq Pənahlıdır. Bu vəsait ali məktəblərdə jurnalistika, kommunikasiya və idarəetmə ixtisasları üzrə təhsil alan tələbələr, həmçinin piar sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı , Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və digər çıxış edənlər kitabın piar sahəsinin nəzəri və praktiki əsaslarını əhatə edən fundamental bir əsər olduğunu vurğulayıblar. Qeyd edilib ki, kitabda ictimaiyyətlə əlaqələrin tarixi inkişafı, nəzəriyyələri və əsas prinsipləri geniş təqdim olunur. Müəlliflər dövlət və özəl sektorda auditoriyalarla münasibətlərin tənzimlənməsi üzrə strategiyaları, plan və proqramları, eləcə də böhran vəziyyətlərinin idarə olunması kimi aktual mövzuları əhatə ediblər. Mətbuatla əməkdaşlıq, press-relizlərin hazırlanması, sosial media ilə iş və digər praktik alətlər də dərs vəsaitində real nümunələrlə şərh olunur. Kitabda ictimaiyyətlə əlaqələr sahəsində yaranan yeni təmayüllər, o cümlədən rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi də tədqiq edilib.

Sonda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Əvvəlki Yazı

BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçiriləcək

Növbəti Yazı

Baş prokuror İraqın Ali Məhkəməsinin yeni təyin olunmuş sədri ilə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.