İsrail Hərbi Hava Qüvvələri Suriyadan uçan iki pilotsuz uçuş aparatını ələ keçirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl Suriyadan İsrail ərazisinə yaxınlaşan iki PUA İsrail Hərbi Hava Qüvvələri tərəfindən uğurla ələ keçirilib”, – deyə məlumatda bildirilir.
Ordunun mətbuat xidmətinin dəqiqləşdirdiyi kimi, qurğular İsrail hava məkanına girə bilməmişdən əvvəl ələ keçirilib. (Tass)