İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti Livandan atəşə tutulması nəticəsində ölkənin hərbi hava qüvvələri bazasına “kiçik ziyan” dəydiyini bildirib və hadisə nəticəsində itkilərin olmadığını qeyd edib.
“Livandan İsrail ərazisinə bir neçə [raket və mərmi] buraxılışı qeydə alınıb, onlardan bəziləri İDF hava hücumundan müdafiə sistemi tərəfindən uğurla qarşılanıb. Hücumlar nəticəsində İsrail Hərbi Hava Qüvvələri bazasının infrastrukturuna cüzi ziyan dəyib. ”, – deyə hesabatda bildirilir.
Mətbuat xidməti “hücum zamanı Hərbi Hava Qüvvələrinin aşkarlama sistemlərinin zədələnmədiyini” qeyd edib. “Xəsarət alan olmayıb, hadisənin təfərrüatları öyrənilir”, – ordu idarəsi əlavə edib.
Livan ərazisindən mütəmadi olaraq atəşə tutulan və İsrail ordusunun atəşlə cavab verdiyi İsrailin şimal sərhədində gərginlik davam edir. Ordunun mətbuat xidmətinin məlumatına görə, Hizbullah obyektləri hədəfə alınır. 80 mindən çox israilli sərhəd bölgələrindən təxliyə edilib. (Tass)