Qəzza zolağına İsrail rəhbərliyinin göstərişi ilə Rəfah keçid məntəqəsindən yanacaq yox, humanitar yardım buraxılıb. Bu barədə brifinqdə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Həcəri məlumat verib.
Onun sözlərinə görə, Qəzza zolağına istənilən humanitar yardımın yalnız anklavın cənub hissəsinə çatdırılmasına icazə veriləcək.
“İstənilən humanitar yardımın yalnız Qəzza zolağının cənub hissəsinə aparılmasına icazə veriləcək. Bu gün [İsrailin] siyasi rəhbərliyinin göstərişi ilə Rəfah keçid məntəqəsində (İsrailin Qəzza zolağı ilə sərhədində) humanitar yardımın çatdırılmasına icazə verilib , amma yanacaq deyil” Həcəri bildirib.
Onun sözlərinə görə, Qəzza zolağının şimal hissəsinin 700 minə yaxın sakini artıq anklavın cənub hissəsinə gedib. (Tass)