İyun 21, 2025-11:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

İİTKM: Azərbaycan ixracatçıları məhsullarının xarici bazarlarda sərbəst satışına başlayıblar

2025:01:22 - 13:14
in İQTİSADİYYAT
A A

Ötən il İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının Türkiyə, Rusiya və Özbəkistanın məşhur onlayn ticarət platformaları – “Trendyol”, “Ozon” və “Uzum” ilə inteqrasiyası başa çatıb.

“Report” xəbər verir ki, bunu Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə “Azexport” portalı ixracatçılara 61 ədəd Sərbəst satış sertifikatı (Certificate of Free Sale) təqdim edib.

“Bu sertifikatlar ixracatçıların məhsullarını xarici bazarlarda sərbəst şəkildə satmalarına şərait yaradıb və onların beynəlxalq bazarlara çıxışını asanlaşdırıb. “Azexport” portalı, həmçinin yerli istehsalçıların xarici müştərilərlə birbaşa əlaqə qurmasına imkan yaradan əsas vasitələrdən biri kimi, 2024-cü ildə Azərbaycanın qeyri-neft ixracının artımında mühüm rol oynayıb”, – deyə V. Qasımlı qeyd edib.

O vurğulayıb ki, “Azexport”un beynəlxalq platformalarla inteqrasiyası nəticəsində daha çox Azərbaycan məhsulunun dünya bazarlarında təqdim edilməsi təmin olunub: “Bu, Azərbaycanın qeyri-neft ixracının güclənməsinə və ixracatçıların rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verib”.

V. Qasımlı vurğulayıb ki, portalın fəaliyyətinin genişləndirilməsi, ixrac əməliyyatlarının sadələşdirilməsi və yeni bazarlara çıxış imkanlarının təmin edilməsi Azərbaycanın qeyri-neft ixracının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərib.

Əvvəlki Yazı

Milli Məclis ekoloji təhsillə bağlı TÜRKPA üçün model qanun layihəsi hazırlayıb

Növbəti Yazı

Taleh Kazımov: “Gündəlik kreditləşmənin sürətli inkişafında maraqlı deyilik”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.