İyun 17, 2025-0:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

İkinci “Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb

2025:01:17 - 15:50
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən 2-ci “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təcrübə proqramının iştirakçıları öz uğur hekayələrini paylaşaraq layihə barədə fikirlərini bölüşüb, təcrübə müddətində əldə etdikləri bilik və bacarıqların onların şəxsi və gələcək karyera inkişaflarında mühüm rol oynayacağını qeyd ediblər.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev proqramın gənc kadrların dövlət qulluğunu düzgün dərk etməsi, istedadlı gənclərin dövlət qurumlarında işləməyə həvəs göstərməsi baxımından faydalı olduğunu qeyd edib və iştirakçılara uğurlar arzulayıb.

Görüş çərçivəsində “Maarifçi”lərin mentorların rəhbərliyi ilə proqram müddətində fəaliyyətləri, layihənin faydalılığı haqqında fikir mübadiləsi aparılıb, həmçinin təkliflər dinlənilib.

Sonda proqram iştirakçılarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyində, eləcə də qurumlarında təcrübə imkanları yaradan və 3 ay davam edən 2-ci “Maarifçi” proqramını 35 nəfər müvəffəqiyyətlə bitirib. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərmək olub.

Əvvəlki Yazı

BANM-də “Python” – proqramın məntiqi və işləmə prinsipləri” kitabı təqdim edilib

Növbəti Yazı

Ombudsman: 20 Yanvar cinayətinə hələ də hüquqi qiymət verilməyib, törətmiş şəxslər məsuliyyətdən kənarda qalıblar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.