İyun 13, 2025-18:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

İkinci Qarabağ savaşı – Azərbaycan ordusunun qüsursuz zəfəri

2023:11:07 - 12:03
in GÜNDƏM, KÖŞƏ, MANŞET
A A

27 Sentyabr 2020 ci il,  30 ilə  yaxındı  torpaqları  işğal altında  olan  bir  xalqın son çarəsi övladlarının canı – qanı bahasına  doğma yurduna dönmək,  müharibə alovundan  keçməklə ərazi bütövlüyü bərpa etmək olur. Tarixi – siyasi məqam yetişir . İşğalçı Ermənistan BMT qətnamələrinə məhəl qoymadan müharibəsiz – döyüşsüz torpaqları təslim etmək istəmir. Bu dəfə hər zaman onu müdafiə edən Rusiya da kənara çəkilir. Azərbaycan ordusu antiterror əməliyyatına başlayır. 44 gün davam edən bu cahangirlik savaşında ordumuz misilsiz qələbə qazanır. Qəhrəman əsgərlərimiz düşmənə göz açdırmır. Qısa müddətdə 30 ilə yaxındı işğalda olan  ərazilər azad olunur. Bütün dünyanın diqqət mərkəzində olan döyüş əməliyyatlarında Azərbaycan ordusu müharibə qanunlarını əsla pozmur.

Lakin Ermənistan öz terorçu xislətindən bu dəfə də əl çəkmir.  Döyüş əməliyyatlarının getmediyi Azərbaycan şəhərlərinə – Gəncəyə, Bərdəyə uzaqmənzilli raketlər atır. Mülki əhalini hədəfə alır. İçərilərində azyaşlılar  da olmaqla çoxlu sayda ölən və yaralananlar olur. Buna baxmayaraq ordumuzun əsgərləri təmkin nümayiş etdirir, yalnız ona qarşı vuruşan ,silah qaldıran hədəfləri məhf edir.

Döyüş əməliyyatlarında Azərbaycan ordusu 3 minə yaxın şəhid verir. Minlərlə əgərimiz yaralanır. Xalqın qəhrəman övladları sözün həqiqi mənasında tarix yazır. Bu qələbədə xalqın bütün təbəqələrinin payı var. Hər kəs yumruq kimi birləşib düşmən üzərində qələbə qazanmaq üçün əlindən gələni edir. Nəhayət 8 Noyabr 2020 ci il tarixində Şuşanın işğaldan azad olunması ilə zəfər tariximiz aydınlanmış olur.

Ordumuzun qüsursuz qələbəsini şərtləndirən əsas amillərdən biri də qarşı tərəfdə olan  mülki şəxsləri hədəf almaması oldu. Bu gün istər Rusiya – Ukrayna cəbhəsində, istərsədə Həmas – İsrail qarşudurmasında yüzlərlə uşağın, qocanın, qadınların  qətl edilməsinin şahidi oluruq. İstənilən halda müharibə ən son çarə kimi qanla, qadayla başa çatır. Ancaq onun öz qanunları, qaydaları var. Müzəffər Azərbaycan ordusu bütün müharibə qanunlarına əməl edərək, qüsursuz bir zəfər əldə etmişdir. 8 Noyabr zəfər bayramın mübarək Azərbaycan ordusu və onu yetişdirən Azərbaycan xalqı.

Əvvəlki Yazı

Azərbaycanda vergi daxilolmaları 4 % artıb

Növbəti Yazı

Sumqayıtda evə silahlı basqında yaralanan şəxslərdən biri evə buraxılıb, ikisinin müalicəsi davam etdirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.