İyun 17, 2025-0:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

2024:03:29 - 13:00
in İQTİSADİYYAT
A A

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) ölkədə olan operator və provayderlərlə radiotezliklər spektrinin perspektiv istifadə planı müzakirə edilib.

İKTA-dan AZƏRTAC-a bildirilib ki, Radiotezliklər üzrə Dövlət Komissiyasının Katibliyinin rəhbəri, Agentliyin İdarə Heyəti sədri vəzifəsini icra edən Nail Mərdanov radiotezliklərdən səmərəli istifadənin təşkili üçün atılan addımlar haqqında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”yə əsasən, Azərbaycanın radiotezliklər spektrindən perspektiv istifadə planını və tezlik zolaqlarının ayrılma cədvəlini hazırlamaq və təsdiq etmək Dövlət Komissiyasının vəzifəsi, həmin cədvələ uyğun olaraq tədbirlər görmək isə Dövlət Komissiyasının hüququdur.

Komissiya rəsmisi əlavə edib ki, radiotezliklərdən səmərəli istifadənin təşkili məqsədilə operator və provayderlər üçün təkliflər hazırlanıb və komissiyanın qəbul etdiyi perspektiv istifadə planının, həmçinin həmin təkliflərin qısa müddətdə maksimum icrasının təmin edilməsi arzuolunandır.

Görüş zamanı o da bildirilib ki, Dövlət Komissiyasının əsasnaməsindən və perspektiv istifadə planından irəli gələn məsələlərin müzakirəsi davam etdiriləcək.

Əvvəlki Yazı

Bəşəriyyət tarixində ən bahalı qalxan

Növbəti Yazı

Tayvanın müdafiə rəisi oğlu ilə bağlı seks qalmaqalına görə istefa verməsini xahiş edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.