İyun 18, 2025-9:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

İlahiyyat İnstitutu ilə ABŞ-nin Briqam Yanq Universiteti arasında memorandum imzalanıb

2024:10:09 - 11:15
in SOSİAL
A A

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə ABŞ-nin Briqam Yanq Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, sənədi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Briqam Yanq Universitetinin dekanı Skott Miller imzalayıblar.Memorandumun bəndlərində hər iki ali təhsil müəssisəsinin fakültə, kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, multikulturalizmi təşviq edən birgə layihələrin reallaşdırılması nəzərdə tutulub. Eyni zamanda professor-müəllim heyəti və tələbələrin hər iki ölkənin tarixi, mədəniyyəti ilə bağlı məlumatlandırılması məqsədilə tədbirlərin təşkili, qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi, dinlər və xarici dillərin öyrənilməsi sahəsində təcrübə mübadiləsi və digər məsələlər öz əksini tapıb.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, eyni zamanda Briqam Yanq Universitetində təşkil edilən kursda Azərbaycan dilini öyrənən tələbələrlə görüşüb. R. Məmmədov Azərbaycan İlahiyyat İnstitutu ilə Briqam Yanq Universiteti arasında imzalanan Memorandumun bu prosesə töhfə verəcəyinə əminliyini ifadə edib.

Əvvəlki Yazı

Ərgünəş yüksəkliyinin azad olunması 44 günlük müharibənin tarixində önəmli hadisədir

Növbəti Yazı

Zaqatalada “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.