Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarət davam edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Aİİ-nin rektoru Aqil Şirinov, İlahiyyat fakültəsinin dekanı, İslamşünaslıq kafedrasının müəllimləri II kurs tələbəsi Yusif Babayevin ailəsini ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
“Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması üçün ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.