İyun 15, 2025-23:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İlham Əliyev: Azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı dayanıqlı enerji strategiyasının əsas istiqamətidir

2025:06:02 - 12:17
in SİYASƏT
A A

Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkənin əsas prioritetləri sırasındadır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində bildirilib.

Dövlət başçısı qeyd edib ki, bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir:

“Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi də bunu təsdiq edir. Dünyanın səksən ölkəsindən şirkətlərin iştirak etdiyi “Bakı Enerji Həftəsi” beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın tutduğu yerin göstəricisidir”.

Müraciətdə vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı isə dayanıqlı enerji strategiyasının əsas istiqamətidir:

“Uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Həyata keçirilən təşəbbüslər, həmçinin ətraf mühitin qorunmasına məsuliyyətli münasibətimizi və enerji sahəsində liderlik iddiamızı əks etdirir. Əminəm ki, “Bakı Enerji Həftəsi” öz zəngin ənənəsinə və innovasiyaya açıqlıq prinsipinə sadiq qalaraq, beynəlxalq dialoqun dərinləşməsinə, yeni tərəfdaşlıqlar qurulmasına və faydalı əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir”.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib 

Növbəti Yazı

Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.