Avqust 2, 2025-8:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İlham Əliyev Keniya Prezidentini təbrik edib

2024:05:29 - 15:39
in SİYASƏT
A A

Prezident İlham Əliyev Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutoya təbrik məktubu göndərib.

“Report” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası ilə Keniya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

İyirmi illik dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bir sıra sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkanlar açmışdır. Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. 2022-ci ildə Azərbaycanın Nayrobidə səfirliyinin təsis edilməsi ikitərəfli əlaqələrimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir.

Biz Keniya ilə dövlətlərarası münasibətlərimizi genişləndirmək və əməkdaşlığımızı yeni məzmunla zənginləşdirmək əzmindəyik. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Keniya əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə, xüsusilə də COP29 çərçivəsində əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza firavanlıq və tərəqqi arzulayıram”.

Əvvəlki Yazı

Prezidentin Xocalıdan Ermənistana və canilərə ismarışı – ŞƏRH

Növbəti Yazı

Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.