Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Paraqvayın ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.