Avqust 20, 2025-12:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib

2025:08:10 - 15:00
in SİYASƏT, MANŞET
A A

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.

“Report” xəbər verir ki, telefon söhbəti zamanı Qurbanqulu Berdiməhəmmədovun bir müddət əvvəl Azərbaycana, o cümlədən Qarabağa səfəri və bu çərçivədə aparılmış müzakirələr məmnunluqla xatırlanıb.

Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına toxunublar.

Telefon danışığı əsnasında Türkmənistanın Avaza şəhərində keçirilmiş BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransının əhəmiyyəti qeyd edilib. Dövlətimizin başçısı bu tədbirin uğurla təşkil olunması ilə bağlı Qurbanqulu Berdiməhəmmədova təbriklərini çatdırıb.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının və ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub.

Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında əlaqənin yaradılmasına xidmət edəcək maneəsiz nəqliyyat bağlantısının bütün regionun çiçəklənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Türkmənistan Xalq Məsləhətinin sədri əldə edilmiş tarixi razılaşmalar münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev onun salamlarını Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş edib.

Qurbanqulu Berdiməhəmmədov da Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını və təbriklərini dövlətimizin başçısına çatdırıb.

Telefon söhbəti zamanı gələcək təmaslarla bağlı fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Qəzza Səhiyyə Nazirliyi 24 saatda 60-dan çox fələstinlinin öldüyünü bildirib

Növbəti Yazı

Bloomberg: Avropa ölkələri Trampla Putinlə görüşündən əvvəl danışmaq istəyir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.