Milli Müdafiə naziri Yaşar Gülər Türkiyə Böyük Millət Məclisində rəhbərlik etdiyi nazirliyin büdcəsini təqdim etmək üçün çıxış edib.
Nazir Gülərin çıxışından diqqət çəkən məqamlar belədir:
Ölkə daxilində və sərhəddən kənarda terrorla mübarizənin ən uğurlu dövrünü yaşayırıq. Separatçı terror təşkilatı ölkədə məhv olmaq həddinə çatdırılıb. Sərhədlərimizdə yaradılması arzulanan terror dəhlizi məhv edilib. Bu ilin əvvəlindən 2 min 67 terrorçu zərərsizləşdirilib.
FETÖ ilə mübarizəmiz amansızlıqla davam edir.15 iyul 2016-cı il tarixinə 23 min 971 nəfər Türkiyə Silahlı Qüvvələrindən xaric edilib. (TRT Haber)