Rusiyada 2,5 mindən çox miqrantın müvəqqəti qalma müddəti azaldılıb, bu ilin əvvəlindən 607 əcnəbi vətəndaşın deportasiyası barədə qərar qəbul edilib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
“2,5 mindən çox əcnəbi vətəndaşın müvəqqəti olma müddətinin azaldılması ilə bağlı qərarlar qəbul edilib, onlardan 477-si barmaq izi, foto çəkilişi və tibbi müayinədən keçməyib. 607 əcnəbi vətəndaşın deportasiya edilməsi barədə qərar qəbul edilib”, – o, Telegram kanalında yazıb.