İlk sərhəd dirəyi Ermənistanla Azərbaycan sərhədində quraşdırılıb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
“2024-cü il aprelin 23-də geodeziya ölçmələrinə əsasən, əlaqələndirmə işləri çərçivəsində Ermənistan Respublikası və Azərbaycan Respublikası sərhədində ilk sərhəd dirəyi quraşdırılıb”, – Ermənistan Nazirlər Kabinetinin Teleqram kanalında deyilir. Onun harada quraşdırıldığı dəqiq göstərilməyib.
Daha əvvəl respublikanın Daxili İşlər Nazirliyi məlumat vermişdi ki, Ermənistan aprelin 23-də Tavuş vilayətinin Bağanis-Voskepar hissəsində Azərbaycanla sərhədin delimitasiyası işlərinə başlayacaq.