Avqust 25, 2025-20:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

İlqar Musayev: “Azərbaycan kibertəhlükələrə cavab vermək qabiliyyətini artıra bilər”

2024:10:15 - 10:25
in SOSİAL
A A

Azərbaycan süni intellektə əsaslanan texnologiyalardan istifadə etməklə kibertəhlükələrə cavab vermək qabiliyyətini artıra bilər.

“Report” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi İlqar Musayev Bakıda keçirilən “Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” adlı təlimin açılış mərasimində bildirib.

“Rəqəmsal dövr özü ilə yeni fürsətlərlə yanaşı, həm də yeni çağırışlar və problemlər gətirir. Simsiz rabitə rəqəmsal dünyada xüsusi təyinatlı sistemlərdə, kritik infrastrukturlarda, xüsusən də “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarında, eləcə də gündəlik həyatın hər bir sahəsində önəmli rol oynayır. Bununla yanaşı, bu sistemləri hədəfləyən kibertəhdidlərin artan mürəkkəbliyi milli təhlükəsizlik və iqtisadi rifah üçün ciddi problemlər yarada bilir”, – deyə o qeyd edib.

“Süni intellekt bizə kibermüdafiə strategiyalarımızı gücləndirmək, təhdidləri avtomatik aşkarlamaq, böyük məlumat axınlarını analiz etmək və zəiflikləri daha çevik və dəqiq müəyyənləşdirmək üçün misilsiz imkanlar verir. Süni intellektə əsaslanan texnologiyalardan istifadə etməklə biz real vaxt rejimində kibertəhlükələri aşkar etmək, onların qarşısını almaq və onlara cavab vermək qabiliyyətimizi artıra bilərik.

Bu təlim proqramı təkcə milli təhlükəsizlik üçün deyil, həm də müasir iqtisadiyyatların dayanıqlılığı üçün vacib olan simsiz rabitə sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə süni intellektdən istifadə bacarıqlarının inkişaf etdirilməsinə yönəlib”,-deyə İ.Musayev əlavə edib.

Əvvəlki Yazı

Azərbaycan və Albaniya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Növbəti Yazı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun qərargahında olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.