May 12, 2025-13:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

İmişlidə şəhid Əli Quliyevin xatirəsi “Sədaqətim şərəfimdir” adlı tədbirlə anılıb

2023:10:27 - 15:05
in GÜNDƏM
A A
İmişlidə şəhid Quliyev Əli Tədbir oğlunun xatirəsinə həsr olunmuş “Sədaqətim şərəfimdir” adlı ədəbi-bədii tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli Rayon Mədəniyyət Mərkəzində gerçəkləşən tədbirdən öncə mədəniyyət işçilərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.

Mədəniyyət Mərkəzinin zalında davam edən tədbirdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan rayon icra hakimiyyətinin Elçin Rzayev XTQ-nin giziri Əli Quliyevin keçdiyi şərəfli ömür yolundan danışıb. Qeyd edilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlər, filmlər, əsərlər və onların adlarının əbədiləşdirilməsi istiqamətində atılan addımlar şəhidərimizin ruhuna, onların doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın ifadəsidir.

Sonra şəhid Əli Quliyevə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirin gedişatında çıxış edən şəhidin valideynləri övladları barədə xatirələrini bölüşüblər.

Bildirilib ki, Əli Quliyev hələ azyaşlı vaxtlarından hərbçi olmaq arzusunda idi. Həqiqi hərbi xidməti dövründə Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi kimi Vətənin keşiyində dayanıb. Onun həm istedadı, həm də fiziki qabiliyyəti bir çox kurslardan keçməsinə imkan verib. 18 il hərbidə olan Əli sərrast snayperçi olub. Hələ Aprel döyüşlərindən ermənilərin qorxulu yuxusuna çevrilməyi bacarıb. 2020-ci ildə erməni təxribatına qarşı başlanan əks-hücumda Əli də öndə gedənlər sırasında olub. Onların ilk uğurlu tapşırığı Murovdağ istiqamətində olub. Daha sonra Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərdə şücaəti ilə seçilib. Cəbrayılın azad olunması zamanı bayrağımızı dalğalandıran qəhrəmanımız da Əli Quliyev olub. Oktyabrın 27-də Xocavənd İstiqamətində gedən döyüşlər zamanı Əli qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi şücaətə görə “Azərbaycan Bayrağı” ordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda ədəbi-bədii kompozisiya nümayiş etdirilib, vətənpərvərlik mahnıları səsləndirilib.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB

Növbəti Yazı

Bakıda “Şəhid həkimlər” filminin təqdimatı olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.