İyun 14, 2025-11:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İmişlidə “Heydər Əliyev xalqımızın xilaskarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib

2025:06:13 - 14:32
in SİYASƏT
A A

İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev xalqımızın xilaskarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Ulu Öndərin zəngin və şərəfli ömür yolunu, dövlətçilik fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.

Çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, 15 İyun adi bir tarix deyil, Azərbaycanın müstəqil dövlət kimi varlığının və inkişaf yolunun əsasını qoyan dönüş nöqtəsidir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizin xaosdan, parçalanmadan xilas olunmasına səbəb olub və sabit, dayanıqlı inkişafın əsası qoyulub.

Digər çıxış edənlər də Milli Qurtuluş Gününün əhəmiyyətindən, Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar. Bildirilib ki, bu müdrik siyasət Azərbaycanın həm daxili sabitliyinin, həm də beynəlxalq nüfuzunun əsas dayağıdır.

Əvvəlki Yazı

Əli Məsimli: “Qaz təchizatı haqqında” yeni qanunla bağlı qeyri-müəyyənlik var

Növbəti Yazı

İran prezidenti: İsrailin zərbəsinə güclü cavab onu etdiyinə peşman edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.