May 9, 2025-20:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İnam Kərimov Fransada səfərdə olub

2023:10:13 - 17:42
in SİYASƏT
A A

Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Fransanın Strasburq şəhərində işgüzar səfərdə olub.

“Report” xəbər verir ki, səfər çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri xanım Siofra O’Liri ilə ikitərəfli görüş keçirilib.

Ali Məhkəmənin sədri Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatlar və ədalət mühakiməsinin səmərəliyinin artırılması istiqamətində görülmüş işlər barəsində məlumat verib. Bildirilib ki, Azərbaycan Avropa Şurasının təsisatları ilə işgüzar əlaqələrin, həmçinin Avropa Şurasına üzv olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.

Qeyd edilib ki, Azərbaycan bu il 16 saylı Protokolu ratifikasiya edib və cari ilin noyabrın 1-dən qüvvəyə minəcək. Bu Protokol məhkəmələrimiz arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə imkan verəcək.

Görüşdə Azərbaycan və Avropa Məhkəməsi arasında əməkdaşlıq yüksək qiymətləndirilərək, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin zəruriliyi vurğulanıb. Həmçinin Avropa Məhkəməsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə toxunulub, gələcəkdə birgə seminar və konfransların keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışılıb.

İnam Kərimov eyni zamanda Avropa Şurasına üzv dövlətlərin Ali Məhkəmə sədrlərinin iştirakı ilə keçirilən “16 saylı Protokol əsasında məsləhətçi rəy mexanizmi vasitəsilə məhkəmə dialoqu” adlı seminarda iştirak edib. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 16 saylı Protokolunun qüvvəyə minməsinin 5 illiyi münasibətilə keçirilən tədbirdə məsləhətçi rəy mexanizminin fəaliyyət istiqamətinin öyrənilməsi, müvafiq təlimatların hazırlanması və bu sahədə görüləcək tədbirlər ətrafında məruzələr dinlənilib.

Ali Məhkəmənin sədri seminar çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi

Əvvəlki Yazı

İdarə rəisi: “Azərbaycanın məhkəmə-hüquq sistemi Avropa standartlarına cavab verir”

Növbəti Yazı

Naxçıvanda valyutadəyişmə məntəqələrinin sayı artırılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.