İndoneziya Rusiyanın Ukrayna ilə bağlı iyunun ortalarında İsveçrədə keçiriləcək konfransda iştirakını vacib sayır. Bunu müdafiə naziri və yeni seçilmiş prezident Prabovo Subianto hazırkı prezident Coko Vidodo ilə görüşündən sonra jurnalistlərə bildirib.
“O (Ukrayna lideri Vladimir Zelenski ) məni Cenevrəyə dəvət etdi, amma əlbəttə ki, prezident və xarici işlər naziri ilə birlikdə orada olub-olmayacağımıza dair İndoneziyanın yekun mövqeyini hazırlamalıyıq”. Bu barədə Compas portalı məlumat yayıb. Eyni zamanda, Subianto qeyd edib ki, “bu sülh sammitində Rusiya da daxil olmaqla bütün tərəflərin iştirakı vacibdir”.
İsveçrə hakimiyyəti iyunun 15-16-da Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirməyi planlaşdırır. İsveçrənin Xarici İşlər Federal Departamenti (Nazirliyi) daha əvvəl bildirmişdi ki, Bern 160-dan çox nümayəndə heyətini, o cümlədən Yeddilik Qrupu, İyirmilik Qrupu və BRİKS ölkələrindən dəvət edib. İsveçrə hakimiyyət orqanlarının məlumatına görə, Rusiya Federasiyası dəvət olunanlar arasında yoxdur. (Tass)